Braziliyada avtobus körpüdən aşıb, azı 6 nəfər ölüb

Braziliyada avtobus körpüdən aşıb, azı 6 nəfər ölüb
# 08 avqust 2013 04:23 (UTC +04:00)

Bakı-APA. Braziliyada avtobus körpüdən aşıb. Nəticədə azı 6 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Assosiated Press məlumat yayıb. Hadisə Rio-de-Janeyro yaxınlığında yerləşən İtaquai şəhərində baş verib. Avtobus 40 metr hündürlükdən yerə düşüb.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə zamanı avtobusda olan sərnişinlərin, habelə yaralananların sayı barədə məlumat verilmir. Bununla yanaşı ABŞ-ın CNN telekanalı Braziliya kütləvi informasiya vasitələrinə istinadən 30 nəfərin yaralandığı barədə xəbər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR