Çilidə meşə yanğınları nəticəsində 19 nəfər xəsarət alıb

Çilidə meşə yanğınları nəticəsində 19 nəfər xəsarət alıb
# 03 yanvar 2017 03:49 (UTC +04:00)

Çilinin şimal bölgəsində meşə yanğınları nəticəsində azı 100 ev yanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təhlükəli ərazilərdən 200 nəfər təxliyə edilib, 50 min evin elektrik enerjisi kəsilib.

Məlumata əsasən, meşə yanğınları nəticəsində azı 19 nəfər xəsarət alıb. Onların əksəriyyəti tüstüdən zəhərlənib. Güclü külək və isti hava şəraiti yanğının əhatə dairəsinin genişlənməsinə səbəb olub. Yanğının söndürülməsinə 49 ədəd texnika və 10 təyyarə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR