Bakı. Zümrüd Paşayeva – APA. “Bir çox ərəb ölkələri İŞİD silahlılarına qarşı hava hücumlarına qoşulmağa hazırdırlar”. APA-nın “Russia Today”ə istinadən verdiyi xəbərə görə, bunu Yaxın Şərqə səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, hətta bu ölkələrdən bəziləri İraqa quru qoşunları göndərməyi də təklif edib. Ancaq Kerri bu ölkələrin adını çəkməyib. O, ABŞ-ın İraqa quru qoşunları göndərməyi düşünmədiyini söyləyib.