Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin nümayəndə heyətini qəbul edib
# 19 iyul 2012 15:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə əsasən Cənubi Qafqaz və Yaxın Şərq regionlarında baş verən proseslər, Azərbaycanın beynəlxalq sülh yaratma əməliyyatlarında rolu və Əfqanıstandakı fəaliyyəti müzakirə edilib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin, eləcə də Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən qondarma seçkilərin nizamlama prosesinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığı və mövqeyinin möhkəmləndiyi vurğulanan görüşdə Azərbaycanın BMT TŞ-dəki fəaliyyəti və beynəlxalq təşkilatlarla münasibətləri müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR