Haitidə avtobus dərəyə yuvarlanıb: 23 nəfər ölüb, 37 nəfər yaralanıb

Haitidə avtobus dərəyə yuvarlanıb: 23 nəfər ölüb, 37 nəfər yaralanıb
# 10 sentyabr 2014 03:33 (UTC +04:00)

Bakı-APA. Haitidə avtobus dərəyə düşüb, nəticədə 23 nəfər ölüb, 30-dan çox sərnişin xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident paytaxt Port-o-Prensdən 70 km aralı, Peti-Qoav şəhəri yaxınlığında baş verib. Qəza nəticəsində 37 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

“Avtobus 15 metr dərinliyi olan dərəyə yuvarlanıb. Ölənlər arasında qadın və hətta 1 yaşı tamam olmayan uşaqlar da var”, deyə yerli hakim jurnalistlərə bildirib. Onun sözlərinə görə, hadisə qurbanlarından bir neçəsi xəstəxanada keçinib.

Qəzanın səbəbləri hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR