Henri Kissincer xəstəxanaya yerləşdirilib

Henri Kissincer xəstəxanaya yerləşdirilib
# 05 mart 2013 22:53 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer evində yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, 89 yaşlı Kissincer yaxın saatlarda xəstəxanadan evə buraxılacağı gözlənilir.

Henri Kissincerin səhhətinin təfərrüatları barədə məlumat verilmir.

Kissincer Riçard Niksonun və Cerald Fordenin prezidentliyi zamanında milli təhlükəsizlik üzrə müşavir və dövlət katibi vəzifələrində çalışıb. ABŞ-SSRİ münasibətlərinin yumşalmasının təşəbbüskarlarından biri olub. 1973-cü ildə Vyetnam müharibəsinə son qoyulmasına hesablanmış Paris sazişinin bağlanmasında roluna görə sülh sahəsində Nobel mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR