İri gəmilərin Panama kanalından keçidinə məhdudiyyət qoyulacaq

İri gəmilərin Panama kanalından keçidinə məhdudiyyət qoyulacaq
# 08 avqust 2015 07:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Quraqlıq üzündən gələn aydan etibarən Panama kanalından keçən gəmilərin sayına məhdudiyyət qoyulacaq.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qərarın qəbul edilməsinə səbəb marşrutun keçdiyi iki göldə suyun səviyyəsinin kəskin enməsidir.

Dəyişiklik kanaldan keçən gəmilərin 20 faizinə aid ediləcək. Hazırda kanaldan hündürlüyü 39,5 futa qədər gəmilərin keçməsinə icazə verilir. Sentyabrın 8-dək bu rəqəm 39-a çatdırılacaq. Bir həftə sonra isə 38,5 futa qədər endirilə bilər.

Vəziyyət yaxşılaşmasa, kanal rəhbərliyinin daha ciddi məhdudiyyət tətbiq edəcəyi gözlənilir.

Qeyd edək ki, bu məhdudiyyət son 20 ildə ilk dəfə tətbiq olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR