İşdən çıxarılan 72 yaşlı amerikalı keçmiş həmkarlarını güllələdikdən sonra intihar edib

İşdən çıxarılan 72 yaşlı amerikalı keçmiş həmkarlarını güllələdikdən sonra intihar edib
# 25 avqust 2013 03:41 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NBC News telekanalı məlumat yayıb.

İnsident Leyk Batler şəhərində səhər saatlarında baş verib. İşdən çıxarılan 72 yaşlı Xyubert Allen ov tüfəngi ilə silahlanaraq bir müddət əvvəl çalışdığı Pritchett Trucking şirkətindəki keçmiş həmkarlarını izləyərək hücum etməyə başlayıb. Polisin məlumatına görə, hücumlar və qətllər müxtəlif yerlərdə törədilib.

Keçmiş həmkarını qətlə yetirdikdən sonra Allen müəyyən məsafə qət edərək şirkətin müdirini də öldürüb. Bundan sonra o şirkətin daha bir əməkdaşına hücum edərək onu qolundan yaralayıb. Şirkətin dördüncü əməkdaşını firmanın ofisində qarın nahiyəsindən yaraladıqdan sonra intihar edib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR