Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 15 polis ölüb

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 15 polis ölüb
# 04 avqust 2015 23:37 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın şimal-qərbində “Klan Usuqa” narkomafiya qruplaşmasına qarşı aparılan “Aqamemnon” adlı əməliyyat zamanı Blackhawk helikopterinin qəzaya uğraması nəticəsində azı 15 polis ölüb, daha ikisi isə xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qruplaşmanın tam ləğvinə hesablanmış əməliyyat iki həftə əvvəl başlayıb.

Qeyd edək ki, ölkə prezidenti Xuan Manuel Santos “Klan Usuqa” qruplaşmasının başçısı Dario Usuqanın saxlanılmasına kömək edəcək məlumata görə 600 min dollar mükafat müəyyən edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR