Kosta-Rika prokurorluğu ölkə prezidentini istintaqa cəlb edib

Kosta-Rika prokurorluğu ölkə prezidentini istintaqa cəlb edib
# 28 mart 2013 04:59 (UTC +04:00)

Bakı-APA. Kosta-Rika prokurorluğu prezident Laura Çinçilya barəsində səlahiyyətlərini aşma ittihamı ilə təhqiqata başlayıb.

APA-nın məlumatına görə, söhbət prezidentin sərəncamı ilə sakinlərin Liberiya şəhərindən köçürülməsindən gedir.

"Əmr prezident Laura Çinçilya və nazir Mario Samora tərəfindən verilib. Lakin müvafiq fərman dərc olunmayıb. Bu isə onu qanunilikdən məhrum edir», deyə ölkənin baş prokuroru Xorxe Çavarriya bildirib.

Təhqiqat təkcə prezident deyil, həmçinin bir sıra hazırkı və keçmiş nazir, şəmçinin deputatlar barəsində də aparılacaq.

İttihamlar arasında səlahiyyətləri aşmaqdan əlavə, ictimai vəsaitlərin israf edilməsi, nüfuzdan istifadə etmə də var. Təqsiri sübut edilərsə, prezidentin hansı cəzanı alacağı barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR