Meksikada universitetdə atışma olub, ölənlər var

Meksikada universitetdə atışma olub, ölənlər var
# 24 fevral 2018 02:48 (UTC +04:00)

Meksikanın paytaxtında universitetdə silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin ən iri UNAM universitetinin ərazisində qeydə alınan atışma nəticəsində iki gənc öldürülüb.

20 və 29 yaşında olan oğlanlar universitetin mühafizəçiləri tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala əsasən, söhbət cinayətkar qrupların qarşıdurmasından gedir. Ölənlər tələbə və yaxud universitet işçiləri deyillər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR