Meksikada zəncirvari qəzada 50 nəfər xəsarət alıb

Meksikada zəncirvari qəzada 50 nəfər xəsarət alıb
# 27 dekabr 2016 00:01 (UTC +04:00)

Meksikanın Verakrus ştatında ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dağ yolunda turist avtobusu üç yük maşını ilə toqquşub.

Qəza nəticəsində 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR