Paraqvayda 13 ton narkotik maddə müsadirə edilib

Paraqvayda 13 ton narkotik maddə müsadirə edilib
# 28 may 2015 04:35 (UTC +04:00)

Bakı-APA. Paraqvayda hüquq-mühafizə orqanlarının əməkdaşları Uruqvayın paytaxtı Montevideo şəhərinə yollanan gəmidən 13 ton marixuana müsadirə ediblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müsadirə olunan narkotik maddələrin qiyməti 10 milyon dollar təşkil edir.

Əməliyyatın həyata keçirildiyi zamanı gəminin 53 yaşlı kapitanı tapançadan özünə atəş açaraq intihar edib. Gəmi heyətindən 9 nəfər saxlanılıb.

Qeyd edək ki, Paraqvay Cənubi Amerikada ən iri marixuana istehsalçısı sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR