Pentaqon İraqa əlavə hərbi kontingent göndərir

Pentaqon İraqa əlavə hərbi kontingent göndərir
# 03 sentyabr 2014 14:39 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Pentaqon ABŞ-ın İraqdakı səfirliyinin mühafizəsinin gücləndirilməsi məqsədilə Bağdada əlavə 405 hərbçi göndərmək qərarına gəlib.

APA - nın Pentaqonun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla da Bağdadda amerikalı hərbçilərin sayı 820-yə çatacaq.

Pentaqonun nümayəndəsi, kontr-admiral Con Kirbi bildirib ki, paralel olaraq İraqda iyundan bəri xidmət edən 55 hərbçi ABŞ-a qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR