Peruda zəlzələdən sonra kömür şaxtasında 17 nəfər itkin düşüb - YENİLƏNİB

Peruda zəlzələdən sonra kömür şaxtasında 17 nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 14 yanvar 2018 14:49 (UTC +04:00)

Bu gün Peruda baş verən zəlzələdən sonra kömür şaxtasında 17 şaxtaçı itkin düşüb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə bunu Peru Səhiyyə Nazirliyi açıqlayıb.

Təbii fəlakətin 2 nəfərin ölümünə, 65 nəfərin yaralanmasına yol açdığı da bildirilib.

Bundan öncə Peruda zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 20-ə qədər insanın yaralandığı bildirilmişdi.

***

saat 16.58

Bu gün Peruda baş verən zəlzələ nəticəsində ən azı bir nəfər ölüb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Arekipa regionunun qubernatoru Yamila Osorio bildirib.

Zəlzələ zamanı 55 yaşlı qadın üzərinə düşən daş nəticəsində ölüb. Zəlzələ nəticəsində 20-ə qədər insan da xəsarət alıb, bir çox kərpic ev dağılıb.

Peru Geofizika İnstitutu 6,9 maqnitudalı zəlzələnin ocağının Arekipa regionunda, 10 km dərinlikdə yerləşdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR