Qvatemalada sərnişin avtobusu uçuruma düşüb, 15 nəfər ölüb

Qvatemalada sərnişin avtobusu uçuruma düşüb, 15 nəfər ölüb
# 25 yanvar 2018 04:05 (UTC +04:00)

Qvatemalada ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Uetananqo departamentində qeydə alınıb.

Sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində azı 15 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, avtobus idarəetmədən çıxıb və 40 metrlik uçuruma düşüb. Qəzaya səbəb qeyri-sabit hava şəraiti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR