Сon Kerri Moskvaya səfər edəcək

Сon Kerri Moskvaya səfər edəcək
# 19 mart 2016 00:38 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri gələn həftə Moskvaya səfər edəcək.

 

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir.  

 

“Dövlət katibi Con Kerri martın 22-25-də Moskvaya səfər edərək Rusiya rəsmiləri ilə görüşəcək. Danışıqlarda “Suriyaya dəstək” qrupunun atəşkəs rejimi ilə bağlı səyləri, ölkədəki siyasi vəziyyət, humanitar yardımın çatdırılması ilə bağlı məsələlər və İŞİD-lə mübarizə müzakirə olunacaq”, məlumatda qeyd olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR