Suriyanın BMT-dəki daimi nümayəndəsi: “Suriya artıq kimyəvi silahı qadağan edən konvensiyanın tamhüquqlu üzvü olub”

Suriyanın BMT-dəki daimi nümayəndəsi: “Suriya artıq kimyəvi silahı qadağan edən konvensiyanın tamhüquqlu üzvü olub”
# 13 sentyabr 2013 00:28 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu ötən gün Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.

Onun sözlərinə görə, ölkə prezidenti Bəşər Əsəd artıq müvafiq sərəncam imzalayıb.

“Hüquqi nöqteyi-nəzərdən Suriya bu gündən kimyəvi silahın qadağan olunması haqqında konvensiyanın tamhüquqlu üzvü olur”, deyə Cəfəri qeyd edib. Cəfəri vurğulayıb ki, Suriya hakimiyyəti kimyəvi silah ehtiyatını “İsrailin nüvə arsenalının qabağını almaq üçün” bir vasitə kimi saxlayırdı.

Diplomatın sözlərinə görə, BMT baş katibi Pan Qi Muna Suriya XİN rəhbəri Valid Muallem adından müvafiq məzmunlu məktub artıq göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR