Tramp Qətər əmirini ABŞ-a dəvət edib

Tramp Qətər əmirini ABŞ-a dəvət edib
# 28 fevral 2018 20:28 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

 

APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.

 

Məlumata əsasən, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Tramp Qətər əmirini aprel ayında ABŞ-a səfər etməyə dəvət edib.

 

“Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıb, Vaşinqtonla Doha arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək səylərini təsdiq ediblər”, məlumatda deyilir.

 

2017-ci il, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə rəsmi Doha ilə diplomatik münasibətləri kəsib. ABŞ dəfələrlə ərəb dövlətlərini Qatarın iqtisadi blokadasını zəiflətməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR