Ukrayna prezidenti ABŞ-dan təcili hərbi yardım istəyib

Ukrayna prezidenti ABŞ-dan təcili hərbi yardım istəyib
# 18 sentyabr 2014 20:23 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ Konqresində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, ukraynalılar hazırda demokratiya uğrunda ön cəbhədə mübarizə aparır və bütün azad dünyanı işğalçıdan müdafiə edir. “Ukrayna əsgərlərinin vuruşduğu müharibə azad dünya uğrunda müharibədir”, deyə Poroşenko qeyd edib.

Poroşenko 20 il əvvəl Budapeşt memorandumunun imzalandığını xatırladaraq, Ukraynanın təhlükəsizlik zəmanətinin müqabilində nüvə potensialına malik olmaqdan imtina etdiyini qeyd edib. Prezident Donbas və Abxaziyadakı hadisələr arasında oxşar cəhətləri vurğulayaraq yaranmış mürəkkəb vəziyyətdə Ukraynanı tək qoymamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR