Uqo Çavesin cənazəsi balzamlanaraq 7 gün mavzoleydə saxlanılacaq

Uqo Çavesin cənazəsi balzamlanaraq 7 gün mavzoleydə saxlanılacaq
# 08 mart 2013 01:11 (UTC +04:00)

Bakı-APA. Venesuela başçısı vəzifəsini müvəqqəti icra edən Nikolas Maduro bəyan edib ki, Uqo Çavesin cənazəsi balzamlanaraq vidalaşmaq üçün daha 7 gün mavzoleydə saxlanılacaq.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Maduro bəyan edib ki, “Venesuela xalqı ölkə liderini yaxşı seyr edə bilməsi üçün cənazə şüşəli tabuta yerləşdiriləcək.

Uqo Çavesin rəsmi dəfn mərasimi martın 8-də keçiriləcək, mərasimdə iştirak etmək üçün artıq bir çox ölkələrin liderləri Karakasa gəlib.

14 il Venesuelaya rəhbərlik etmiş mərhumun xatirəsini anmaq məqsədi ilə paytaxtın küçələrinə yüz minlərlə insan axışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR