Vaşinqtonda meşə yanğınlarının söndürülməsi zamanı 3 yanğınsöndürən ölüb, 4-ü isə xəsarət alıb

Vaşinqtonda meşə yanğınlarının söndürülməsi zamanı 3 yanğınsöndürən ölüb, 4-ü isə xəsarət alıb
# 20 avqust 2015 04:58 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Vaşinqton ştatında meşə yanğınının söndürülməsi zamanı üç yanğınsöndürən ölüb, daha dördü isə xəsarət alıb. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, insident Tvisp şəhəri yaxınlığında qeydə alınıb.

Yanğın təhlükəsi səbəbindən bir neçə yaşayış məntəqəsinin əhalisinin təxliyə edildiyi bildirilir.

Qeyd edək ki, ABŞ-da son 10 ildə ilk dəfə olaraq meşə yanğınlarının söndürülməsinə ordu qüvvələri cəlb edilib.

Məlumata görə, ölkənin qərbində tüğyan edən güclü yanğınların söndürülməsinə 29 000 mütəxəssis cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR