Bakı. Türbət Bağırova - APA. Venesuelanın xarici işlər naziri Delsi Rodriges ABŞ-ı ölkədə süni şəkildə qida çatışmazlığı yaratmaqda günahlandırıb.
APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, D. Rodriges deyib ki, bununla da ABŞ Venesuela xalqını qəzəbləndirərək çevriliş həyata keçirmək istəyir: “Bizdə Birləşmiş Ştatların Venesuelada qida qıtlığı yaranmasına istiqamətlənmiş fəaliyyətləri ilə bağlı sübutlar var. Sənaye elitalarına məxsus ticarət şəbəkələri bilərəkdən böhran şəraiti yaradır ki, əhalidə narazılıq yaransın, sona isə ölkənin Konstitusiya quruluşunu dəyişsinlər”.
Qeyd edək ki, mayın 2-də Venesuela müxalifəti prezident Nikolas Maduronun istefaya göndərilməsi üçün referendum keçirilməsi tələbi ilə Milli Seçki Şurasına 1,85 milyon imza təqdim edib.