Viktoriya Nuland: “ABŞ Rusiyaya münasibətdə siyasi kursunu dəyişməyə hazırlaşmır”

Viktoriya Nuland: “ABŞ Rusiyaya münasibətdə siyasi kursunu dəyişməyə hazırlaşmır”
# 26 avqust 2015 13:40 (UTC +04:00)

Bakı Türbət Bağırova - APA. “ABŞ Rusiyaya qarşı hazırkı siyasi kursunu davam etdirəcək”.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib. O deyib ki, maraqların üst-üstə düşdüyü, beynəlxalq sistemdə qarşılıqlı əməkdaşlıq mümkün olduğu sahələrdə hər şey normaldır: “Biz Rusiyanın maraqlarına uyğun gəlmədiyi üçün beynəlxalq sistemi, BMT Nizamnaməsinin fundamental prinsip və qaydalarını dəyişməyə hazır deyilik. Lakin yenə əvvəllər birgə çalışdığımız sahələrdə əməkdaşlığı davam etdirəcəyik”.


V. Nuland BMT Baş Assambleyasının sentyabrda Nyu Yorkda keçiriləcək 70-ci sessiyasında Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın görüşə biləcəyini istisna etməyib. Eyni zamanda, diplomat mümkün görüş barədə hələlik rəsmi açıqlama olmadığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR