“Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq təcrübə” mövzusunda təlim keçirilir

“Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq təcrübə” mövzusunda təlim keçirilir
# 04 may 2017 10:20 (UTC +04:00)

Bakıda “Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq təcrübə” mövzusunda təlim keçirilir. APA-nın xəbərinə görə, üç günlük təlim ABŞ Səfirliyinin “Alumi MAX” proqramın çərçivəsində, “APA Holding”in informasiya dəstəyi və bir sıra təşkilatların təşkilatçılığı ilə  keçirilir. Təlimdə sığınacaqlarda olan insanların, uşaqların taleyi, onların vəziyyətinin mətbuatda işıqlandırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.

 

Beynəlxalq təlimçi, jurnalist Arnold İsaks bu gün keçirilən təlimdə jurnalistlərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

 

Təlimçi deyib ki, jurnalist hansısa bir hadisəni işıqlandırarkən onun daxilində olmamalıdır: “Kənardan məsələyə yanaşmaq lazımdır, onun içərisinə daxil ola bilmərik. Amma yenə də vəziyyətdən asılı olaraq münasibət dəyişə bilər. Etik qərar jurnalistin şəxsi qərarıdır və bu, qayda deyil. Bəzi jurnalistlərin fikrilərinə görə, onlar heç bir hadisəyə müdaxilə edə bilməzlər. Hisslərdən azad olaraq bitərəf olmaq lazımdır. Çünki jurnalist üçün etik davranış adi insanların etik davranışı ilə eyni olmamalıdır. Amma jurnalistin əsas işi yazacağı yazının daha dəqiq olmasıdır”.

 

Azərbaycan Psixiatriya Assosiasiyasının sədri Nadir İsmayılov isə çıxışında bildirib ki, son zamanlar ölkədə zorakılıq, intihar hadisələrinin sayı artıb. Onun sözlərinə görə, belə hallarda jurnalistlər üçün təlimin keçirilməsinin mühüm əhəmiyyəti var: “Mətbuatda hər hansı intiharı işıqlandırarkən ona bir az savadlı yanaşılmalıdır. Bu hadisələr reklam şəklində yox, ürək ağrıdan, səhv hərəkət kimi qeyd olunmalıdır. Bu xəbərlərin dəfələrlə təkrar edilməsinə ehtiyac yoxdur, bir dəfə verilməsi kifayətdir. Bu xəbərlər digər insanlara mənfi təsir edir deyə KİV-də verilməsini tamamilə qadağan etmək də mümkün deyil. Onu necə təqdim etmək barədə düşünmək lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR