ABŞ-a səfər edən əcnəbiləri izləməyə imkan verən qanunun müddəti uzadılıb

ABŞ-a səfər edən əcnəbiləri izləməyə imkan verən qanunun müddəti uzadılıb
# 13 aprel 2024 10:19 (UTC +04:00)

ABŞ-yə səfər edən əcnəbilər daha bir müddət elektron vasitələrin köməyilə izlənilə biləcək.

APA-nın “CBS News”a istinadən xəbərinə görə, 2008-ci ildən qüvvədə olan qanun layihəsinin müddəti növbəti dəfə qeyri-müəyyən vaxtadək uzadılıb.

Nümayəndələr Palatasında müzakirəyə çıxarılan qərar 273 səslə qəbul edilib. 147 nəfər isə onun əleyhinə çıxıb.

Bəzi respublikaçıların qərara qarşı sərgilədiyi mövqe onun əcnəbilərin hüquqlarını pozması ilə əsaslandırılır.

Belə ki, sənəd hətta ABŞ ərazisinə gələn əcnəbilərin də telefon danışıqlarını dinləməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR