ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib
# 22 may 2024 05:11 (UTC +04:00)

Birləşmiş Ştatlar təlimlər üçün planlaşdırılan yerləşdirmə çərçivəsində Böyük Britaniyaya iki “B-52 Stratofortress” bombardmançı təyyarə göndərib.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, general Patrik Rayder bildirib.

"Bu təyyarələr NATO müttəfiqləri və regional tərəfdaşlarla birlikdə təlim və əməliyyat tədbirləri keçirmək üçün çoxsaylı imkanlar açacaq”, - deyə general qeyd edib.

Pentaqon rəsmisi, həmçinin vurğulayıb ki, ABŞ NATO təlimləri çərçivəsində mütəmadi olaraq öz bombardmançılarını Avropaya göndərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR