ABŞ Kaliforniya ştatındakı Vandenberq bazasından "Minuteman III" qitələrarası ballistik raketinin növbəti sınaq buraxılışını həyata keçirib.
APA xəbər verir ki, bu barədə Vandenberq bazasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buraxılışdan əvvəl raket yüksək dəqiqliyə malik "Mark-21 De-Entry" döyüş başlığı ilə təchiz edilib.
Sınaq zamanı başlıq 4,2 min mil (təxminən 6,7 min kilometr) məsafəni uğurla qət edib.
Məlumata görə, sınaq nəticəsində əldə olunan məlumatlar ABŞ-ın strateji qüvvələrinin gələcək inkişafını qiymətləndirmək məqsədilə təhlil ediləcək.