ABŞ Dmitri Kiselyov və “Rossiya Seqodnya”ya qarşı sanksiyalar tətbiq edib

ABŞ Dmitri Kiselyov və “Rossiya Seqodnya”ya qarşı sanksiyalar tətbiq edib
# 13 sentyabr 2024 22:46 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kiselyova, həmçinin “TV-Novosti” və “Avrasiya” QHT-sinə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupu və "TV-Novosti" ilə əməliyyatları noyabrın 13-nədək başa çatdırmaq üçün son tarix qoyub.

“Avrasiya” QHT-nin direktoru Nelli Parutenkoya da məhdudiyyətlər qoyulub.

Məsələyə münasibət bildirən ABŞ dövlət katibi Antoni Blinken isə "RT əməkdaşlarının hərbi təchizatla və kəşfiyyat orqanlarına müxtəlif yardımlarla məşğul olduğunu öyrəndik", - deyə bildirib.

Onun sözlərinə görə, telekanalın xüsusi xidmət orqanları ilə əlaqələri var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR