ABŞ kimyəvi silahların hazırlanmasında iştirak etdiyi iddia edilən İran şirkətinə qarşı sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, məhdudiyyətlər İranda yerləşən “Hakiman Shargh” tədqiqat şirkətinə qoyulub.
Dövlət Departamenti şirkətin “kimyəvi silahların tədqiqi və inkişafı” ilə məşğul olduğunu iddia edir.