ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirə bilər

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirə bilər
# 18 may 2025 03:56 (UTC +04:00)

ABŞ Konqresi Ukraynada sülh danışıqlarında irəliləyiş əldə olunmazsa, yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirə bilər.

APA xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Marko Rubio "CBS News" telekanalına verdiyi müsahibədə çıxış edib.

“Biz demək olar ki, iki ay ərzində Rusiyanı dəfələrlə xəbərdar etmişik ki, əgər Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş olmazsa, əlavə sanksiyalar gündəmə gələ bilər. Düşünürəm ki, bu, artıq reallığa çevrilir”, – deyə Rubio qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR