ABŞ Rusiyanın müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyanın müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq edəcək
# 21 fevral 2024 04:15 (UTC +04:00)

ABŞ administrasiyası fevralın 23-də Rusiya Federasiyasının hərbi-sənaye kompleksinə, habelə Rusiya iqtisadiyyatının gəlir mənbələrinə qarşı sanksiyalar tətbiq edəcək.

APA-nın “Scripps News” telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, növbəti sanksiyalar paketi Rusiya müdafiə sənayesinin müxtəlif elementlərinə və Rusiya iqtisadiyyatının gəlir mənbələrinə təsir edəcək. O əlavə edib ki, “Rusiyanın Aleksey Navalnıya və Ukraynaya etdiklərinə görə” cavab xarakteri daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR