ABŞ Senatı Türkiyəyə F-16 qırıcılarının satışını əngəlləmək cəhdini rədd edib

ABŞ Senatı Türkiyəyə F-16 qırıcılarının satışını əngəlləmək cəhdini rədd edib
# 01 mart 2024 02:55 (UTC +04:00)

ABŞ Senatı Türkiyəyə F-16 qırıcılarının satışını əngəlləmək cəhdini rədd edib.

APA xəbər verir ki, senatorlar qətnamə layihəsini Xarici Əlaqələr Komitəsinin ümumi səsverməsinə çıxarmaqdan imtina ediblər.

Türkiyə İsveçin NATO-ya daxil olmasına etirazını geri götürdükdən sonra Ağ Ev Konqresdən F-16-ların və onların təkmilləşdirilməsi dəstlərinin Türkiyəyə 20 milyard dollardan çox qiymətə satışını təsdiqləməyi xahiş edib.

Senator Rand Paul qarşıdan gələn tədarüklərin "təsdiq edilməməsi haqqında qətnamə" layihəsini təqdim edərək sövdələşmənin qarşısını almağa çalışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR