ABŞ-nin Şimali Dakota ştatından senatoru Daq Larsen ailəsi ilə birgə təyyarə qəzasında həlak olub.
APA xəbər verir ki, bu barədə “Associated Press” bildirib.
Məlumata görə, siyasətçi ilə birgə onun həyat yoldaşı və iki azyaşlı övladı ölüblər. Onların kiçikhəcmli təyyarəsi Yuta ştatında yerə çırpılıb.