Argentinada Zelenski və Orban arasında qızğın dialoq olub - VİDEO

Argentinada Zelenski və Orban arasında qızğın dialoq olub - VİDEO
# 10 dekabr 2023 23:27 (UTC +04:00)

Prezident Vladimir Zelenski yeni seçilmiş prezidentin andiçmə mərasimində iştirak etmək üçün getdiyi Argentinada Macarıstanın Baş naziri Viktor Orbanla qısa söhbət edib.

APA xəbər verir ki, yayılan videogörüntülərdə Zelenski və Orbanın nəyisə aktiv şəkildə müzakirə etdiyi görünür, lakin videonun səsi yoxdur. Nə Ukrayna, nə də Macarıstan tərəfi iki liderin görüşü ilə bağlı rəsmi məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR