Gədəbəydə daşqın bir neçə kəndə və körpülərə ziyan vurub

Gədəbəydə daşqın bir neçə kəndə və körpülərə ziyan vurub
# 09 iyul 2019 15:49 (UTC +04:00)

Gədəbəy rayonunda daşqın olub.

APA-nın yerli bürosunun məlumatına görə, dünən baş verən daşqın rayonun bir neçə kəndinə ciddi ziyan vurub, yolları dağıdıb.

Maddi ziyanın miqdarı hələlik məlum deyil.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Natiq Nağıyev APA-ya bildirib ki, daşqın nəticəsində Kiçik Qaramuradlı, Əmiraslanlı və Əlinağılar kəndlərinə, kəndarası yollara və körpülərə ziyan dəyib.

Fövqəladə Hallar Komissiyası üzvəri artıq əraziyə baxış keçiriblər, daşqının fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR