Azərbaycandan xaricə 2,4 mlrd. dollardan çox birbaşa investisiya yönəldilib

Azərbaycandan xaricə 2,4 mlrd. dollardan çox birbaşa investisiya yönəldilib
# 10 aprel 2020 13:23 (UTC +04:00)

2019-cu ildə xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi 2 431,7 mln. dollar təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38% çoxdur.

Qeyd edək ki, 2019-cu il üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1 251,1 mln.dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (2 431,7 mln.dollar), portfel investisiyaları (208,7 mln.dollar) törəmə maliyyə alətləri (-0,2 mln.dollar) və digər investisiyalar (-1 389,1 mln.dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 385,9 mln.dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (1 053,1 mln.dollar), neft bonusu (450,8 mln.dollar), portfel investisiyaları (-180,0 mln.dollar), törəmə maliyyə alətləri (-4,6 mln.dollar) və digər investisiyalar (66,6 mln.dollar) hesabına formalaşıb.

Xatırladaq ki, 2018-ci il üzrə ölkənin xalis maliyyə aktivləri 4786,1 mln.dollar artmışdı ki, bu göstərici də xaricə yönəldilmiş birbaşa investisiyalar (1760,9 mln.dollar), portfel investisiyaları (818,7 mln.dollar), törəmə maliyyə alətləri (-3,6 mln.dollar) və digər investisiyalar (2210,1 mln.dollar) hesabına formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR