Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq raket-artilleriya bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla hərəkət edirlər.