Ağsuda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Ağsu şəhərinin Xətai küçəsindəki 33 nömrəli mənzildə qeydə alınıb.
Rayon sakini, 1980-ci il təvəllüdlü İslamova Cəmalə Bahadur qızı hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib.
O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.