"Azercell" növbəti kampaniyaya start verib - FOTO

"Azercell" növbəti kampaniyaya start verib - FOTO
# 11 mart 2020 16:07 (UTC +04:00)

“Azercell Telekom” şirkətinin abunəçiləri “Zvuk Aylıq” paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən bu xidmətdən daxili şəbəkədə tam limitsiz istifadə imkanı əldə edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bir smartfonda 40 milyondan artıq musiqi parçası, ən populyar pleylistlər, üç dildə menyu, sosial şəbəkələrdə musiqi paylaşmaq və digər imkanları olan bu mobil tətbiq çərçivəsində *707#YES yığıb, “Zvuk” aylıq paketinə qoşulan hər kəs musiqi dinləyərkən mobil internetdən limitsiz faydalanacaq. Kampaniya 15 aprel 2020 tarixinədək qüvvədədir.

Qeyd edək ki, “Zvuk” xidməti vasitəsilə istifadəçilər istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz “play list”ni yarada bilər. Xidmətə qoşulmaq üçün “Google Play” və ya “AppStore”dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Kampaniya haqqında əlavə məlumat: https://www.azercell.com/az/personal/campaigns/monthly/zvuk_yaz_2020/.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR