Masallıda evdən pul və qızıl oğurlayan Yevlax sakini saxlanılıb

Masallıda evdən pul və qızıl oğurlayan Yevlax sakini saxlanılıb
# 27 iyun 2019 00:13 (UTC +04:00)

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini C.Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl-zinət əşyaları və 100 manat pulun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı qızılların bir qismi onda aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR