ABŞ Prezidenti Co Bayden gələn cümə axşamı Ukrayna Prezidentin Vladimir Zelenskini Ağ Evdə qəbul edəcək.
APA xəbər verir ki, bu haqda ABŞ prezidenti Co Baydenin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Görüş zamanı Rusiya və Ukrayna arasındakı müharibənin vəziyyətinin, o cümlədən Kiyevin strateji planlamasının müzakirə ediləcəyi bildirilir.