Bayden: İsrail Ramazanda müharibəni dayandırmağa hazırdır

Bayden: İsrail Ramazanda müharibəni dayandırmağa hazırdır
# 27 fevral 2024 11:10 (UTC +04:00)

Girovların bəzilərinin azadlığa buraxılması ilə bağlı razılıq əldə olunarsa, İsrail Ramazan ayında Qəzzada HAMAS-a qarşı müharibəsini dayandırmağa hazır olacaq.

APA “Associated Press”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden NBC telekanalına açıqlamasında deyib.

O, atəşkəsin gələn həftə əldə ediləcəyinə ümidvar olduğunu vurğulayıb:

“Ramazan yaxınlaşır və bizə bütün girovların azadlığa buraxılması üçün vaxt verilməsi üçün İsrail tərəfindən Ramazan ayında əməliyyatlarda iştirak etməyəcəklərinə dair razılaşma olub”.

Bununla belə Bayden müharibəyə son verilməsi çağırışı etməyib. Məlumata görə, ABŞ, Misir və Qətərdən olan vasitəçilər fələstinli məhbusların azad edilməsi və döyüşlərin altı həftəlik dayandırılması müqabilində HAMAS-ın girovlardan bəzilərini azad etməsini nəzərdə tutan çərçivə sazişi üzərində işləyir. Müvəqqəti atəşkəs dövründə qalan girovların azad edilməsi ilə bağlı danışıqların davam etdiriləcəyi bildirilir.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR