Bayden Rusiya, Çin və KXDR ilə nüvə silahlarının azaldılmasına dair danışıqlara hazırdır

Bayden Rusiya, Çin və KXDR ilə nüvə silahlarının azaldılmasına dair danışıqlara hazırdır
# 14 oktyabr 2024 00:55 (UTC +04:00)

ABŞ Rusiya, Çin və Şimali Koreya ilə ilkin şərt olmadan nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara hazırdır.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.

Dövlət başçısının sözlərinə görə, dünya birliyi planeti əbədi olaraq nüvə silahından təmizləyə biləcəyi günə doğru irəliləməyə davam etməlidir.

“ABŞ nüvə təhlükəsini azaltmaq üçün ilkin şərt olmadan Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazırdır. Nüvə arsenallarının azaldılması istiqamətində irəliləyişi ləngitmək nə bizim ölkələrimizə, nə də bütün dünya üçün faydalıdır”, - Bayden vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR