ABŞ prezidenti Co Bayden bildirib ki, siyasət döyüş meydanına çevrilməməlidir.
APA xəbər verir ki, Bayden, qarşıdan gələn noyabr seçkilərində rəqibi Respublikaçı Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı bazar günü axşam Ağ Evdə həmvətənlərinə televiziya ilə müraciət edərkən müvafiq bəyanatla çıxış edib.
Amerika lideri deyib ki, ABŞ siyasətində “hərarəti aşağı salmaq lazımdır”.
"Biz hamımız buna görə məsuliyyət daşıyırıq",- Bayden vurğulayıb.