Baydenin oğlu: Respublikaçılar məni öldürməyə çalışırlar

Baydenin oğlu: Respublikaçılar məni öldürməyə çalışırlar
# 10 dekabr 2023 04:07 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter deyib ki, Respublikaçılar Partiyasının bəzi nümayəndələri onu atasına görə öldürməyə çalışırlar.

APA xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Bundan əlavə, o, ailəsinin cinayət törətməsi ilə bağlı iddiaları təkzib edib.

Hanterin dediyinə görə, atası bir vaxtlar ABŞ Konqresinin üzvü olub və gəlirləri haqqında məlumat dərc edib.

Bir gün əvvəl Hanter Bayden vergidən yayınmam və saxta vergi bəyannamələri ilə ümumilikdə doqquz maddə üzrə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR