Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanunu təsdiq edib.
APA-nın məlumatına görə, qanuna əsasən, artıq İtaliyadakı Azərbaycan diplomatlarının ailə üzvləri haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola biləcək.