Sumqayıtda süngər sexində yanğın olıub, 1 nəfər tüstüdən zəhərlənib

Sumqayıtda süngər sexində yanğın olıub, 1 nəfər tüstüdən zəhərlənib
# 25 fevral 2020 16:51 (UTC +04:00)

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, tüstüdən zəhərlənən 1990-cı il təvəllüdlü İsayev Orxan İlqar oğlu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR