İMO 2019-da azərbaycanlı şagirdlər 3 bürünc medal qazanıb

İMO 2019-da azərbaycanlı şagirdlər 3 bürünc medal qazanıb
# 22 iyul 2019 10:35 (UTC +04:00)

11-22 iyulda Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO 2019) Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə və Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR