Blinken İsrailin müdafiə naziri ilə telefon danışığı zamanı Qəzzada atəşkəsə çağırıb

Blinken İsrailin müdafiə naziri ilə telefon danışığı zamanı Qəzzada atəşkəsə çağırıb
# 10 avqust 2024 07:22 (UTC +04:00)

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı zamanı İsraili Qəzza zolağında təcili atəşkəsə çağırıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Dövlət katibi Qəzza zolağında girovların azad edilməsinə, humanitar yardımın artırılmasına imkan verəcək və daha geniş regional sabitlik üçün şərait yaradan atəşkəsə nail olunmasının təcili zəruriliyini vurğulayıb.

Miller, Blinkenin Qalanta eskalasiyanın hər iki tərəfin maraqlarına uyğun olmadığını çatdırdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR